İşaxtaran və işsiz şəxslərin peşə hazırlığı əlavə təhsil və müxtəlif təhsil istiqamətləri üzrə müvafiq kurslarda həyata keçirilir. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Peşə hazırlığı peşənin öyrənilməsi, ixtisasın artırılması və yenidən hazırlıq istiqamətlərini əhatə edə bilər. Yaşlıların təhsili və digər təhsil istiqamətləri üzrə kurslar da təşkil edilə bilər. Bu kurslarda peşə hazırlığının müddəti altı ayadək müəyyən edilir.
