İşəgötürənin təşəbbüsü ilə müəyyən hallarda işçilərin sərbəstləşdirilməsi həyata keçirilməzdən əvvəl həmkarlar ittifaqına yazılı məlumat verilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Məlumat müvafiq həmkarlar ittifaqı orqanına azı 3 ay əvvəl təqdim edilməlidir. İşəgötürən həmin orqanla işçilərin hüquq və mənafelərinin qorunması barədə danışıqlar aparmalıdır. Bu qayda istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğvi və işçilərin sayının və ya ştatlarının ixtisarı ilə bağlı hallara şamil edilir.