Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota tətbiqinin qaydası müəyyən edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Kvotanın tətbiq edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən olunur. Həmin orqan kvota şamil edilməyən müəssisələrin siyahısını da müəyyən edir. Bu mexanizm işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğuna əlavə təminat yaratmağa xidmət edir.
