Vəkil Kollegiyaya üzv olduğu dövrdə qanunun tələblərini rəhbər tutmalı və müdafiə etdiyi və ya hüquqlarını təmsil etdiyi şəxsin mənafelərini qorumalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Vəkil bu məqsədlə qanunvericilikdə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir.
O, vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir.
Vəkil hüquqi yardım üçün müraciət etmiş şəxsin maraqlarına zidd və onun hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkətə yol verməməlidir.
Həmçinin vəkil müdafiə etdiyi şəxsin mənafeyinə zidd olaraq onun cinayətlə əlaqəsini və təqsirini təsdiqləyə və ya müdafiəyə yönəlmiş şikayəti geri götürə bilməz.
