Vəkillər Kollegiyasına üzv qəbul olunan şəxs Kollegiyanın Rəyasət Heyətinin iclasında Dövlət bayrağı önündə and içir.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Vəkil and içərkən Konstitusiyaya və qanunlara əməl etməyi, vəzifələrini müstəqil, şərəflə və vicdanla yerinə yetirməyi öhdəsinə götürür.
Andın məzmununda insan hüquq və azadlıqlarının müdafiəsi və peşə sirrinin qorunması ilə bağlı öhdəliklər də yer alır.
Vəkilin səlahiyyətləri and içdiyi andan başlayır və həmin vaxtdan onun məlumatları vəkil reyestrinə daxil edilir.
Vəkil andın mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır.
