Parisdə naməlum kişi avtomobildən insanlara atəş açıb.

Heftelik.az BFM TV -yə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, daha 4 nəfər isə xəsarət alıb.

Ölü sayının arta biləcəyi istisna edilmir.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Onun kimliyi hələlik açıqlanmayıb.