Rusiyanın 40 min ton dizel yanacağı ilə yüklənmiş tankeri ABŞ-ın Nyu-York şəhərinə doğru hərəkət edir.

Heftelik.az xəbər verir ki, bu barədə Reuters LSEG məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, Malta bayrağı altında üzən tanker Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında əldə olunan razılaşmadan sonra Nyu-Yorka istiqamət alıb.

Rusiya dizel yanacağının ixracına tətbiq etdiyi özünütəminat məhdudiyyətlərini aradan qaldıraraq yanacağı ABŞ bazarına tədarük etməyə razılaşıb. Məqsəd qlobal yanacaq qiymətlərinin aşağı salınmasına kömək etməkdir.