Ukraynaya məxsus An-124 “Ruslan” yük təyyarəsi Yaponiyanın Çubu regionunun hava limanında eniş edərkən alovlanıb.

Heftelik.az Qafqazinfo-ya istinadən  xəbər verir ki, hadisə nəticəsində hava limanının fəaliyyəti 15 dəqiqəlik dayandırılıb.

Faktla bağlı araşdırma başlanılıb.

Məlumata görə, təyyarə “Antonov Airlines” aviaşirkətinə məxsusdur. Onun yükünün nədən ibarət olduğu açıqlanmır.