Vəkilin köməkçisi fəaliyyətini vəkilin rəhbərliyi altında və onun qanuni tapşırıqlarını yerinə yetirməklə həyata keçirir. Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, vəkil köməkçisinin müstəqil şəkildə vəkillik fəaliyyəti ilə məşğul olması qadağandır. Köməkçi ona həvalə edilən işləri yalnız vəkilin rəhbərliyi və nəzarəti altında yerinə yetirə bilər. O, vəkilin qanuni tapşırıqlarının icrasına kömək edir. Bununla vəkil köməkçisinin səlahiyyətləri ilə vəkilin peşə fəaliyyətinin dairəsi arasında hüquqi fərq müəyyən edilir.
