Azərbaycan Respublikasında vəkilliyin rəmzləri Dövlət bayrağından, Dövlət gerbindən və vəkilliyin rəsmi emblemindən ibarətdir. Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb. Qanunda vəkilliyin rəmzlərinin hüquq müdafiə fəaliyyətində xüsusi statusa malik olduğu müəyyənləşdirilib. Azərbaycan Respublikasının vəkilləri məhkəmə iclaslarında xüsusi geyimdə iştirak edirlər. Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər vəkilliyin rəmzlərindən yalnız öz fəaliyyətinin təbliği ilə bağlı istifadə edə bilərlər. Bununla vəkilliyin rəmzlərindən istifadə dairəsi qanunla məhdudlaşdırılıb.
