Vəkillər və vəkillik fəaliyyəti haqqında qanunvericilik bir sıra normativ hüquqi aktlardan və beynəlxalq müqavilələrdən ibarətdir. Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, bu sahədə qanunvericiliyin əsasını Azərbaycan Respublikasının Konstitusiyası, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun və digər qanunvericilik aktları təşkil edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr də vəkillər və vəkillik fəaliyyəti haqqında qanunvericiliyə daxildir. Vəkillərin prosessual hüquqları və vəzifələri isə Cinayət-Prosessual, İnzibati Xətalar, İnzibati Prosessual və Mülki Prosessual məcəllələrlə tənzimlənir. Bununla yanaşı, vəkillərin prosessual fəaliyyəti digər qanunların müvafiq müddəaları ilə də müəyyən edilir.
