Bakıda kafedəki kütləvi dava ilə bağlı deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə də cinayət məsuliyyətinə cəlb edilib.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Əhməd Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 6 maddəsi ilə ittiham irəli sürülüb.
Əhməd Əlizadə konkret olaraq Cinayət Məcəlləsinin 218.1, 218.2 (cinayətkar birlik və təşkilat tərkibində iştirak etmə) 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü (Narkotiklərlə bağlı cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə və külli miqdarda qanunsuz narkotik dövriyyəsi) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Xətai hakimlərinin öz-özlərinə etiraz səbəbi isə Əhməd Əlizadənin qardaşı Orxan Əlizadənin də eyni məhkəmənin hakimi olmasıdır.
Apellyasiya Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri təqtimatına Nizami Rayon Məhkəməsində baxılması qərara alınıb.
DTX Bakıda deputatın oğlunun restoranda təşkil etdiyi görüşdə qətl törədənləri saxladı
