Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatı davam edir.

Heftelik.az Apasport.az-a istinadən xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov turniri dünya çempionu kimi başa vurub.

77 kq çəki dərəcəsində yarışan idmançı finalda moldovalı Aleksandrin Qutunu məğlub edib.

Qeyd edək ki, turnir noyabrın 1-də başa çatacaq.