Açıq fərdi məlumatları toplayan və işləyən mülkiyyətçi və ya operator həmin məlumatların açıq kateqoriyaya aid olduğunu sübut etməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Bu öhdəlik subyektin tələbi əsasında yaranır. Məlumatların açıq kateqoriyaya aid olması müvafiq əsaslarla təsdiqlənməlidir. Mülkiyyətçi və operator bu məlumatların hansı əsasla açıq hesab edildiyini əsaslandırmalıdır.