Qanunla fərdi məlumatların məcburi toplanılması və işlənilməsi nəzərdə tutulan hallar istisna olmaqla, subyekt buna etiraz edə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Etiraz mülkiyyətçiyə və ya operatora yazılı formada təqdim edilməlidir. Subyektdən etirazını əsaslandırması tələb olunmur. Mülkiyyətçi və ya operator etirazı aldıqda göstərilən fərdi məlumatların toplanılmasını və işlənilməsini dərhal dayandırmalıdır. Bununla subyektə öz məlumatlarının işlənilməsinə nəzarət etmək üçün əlavə hüquqi imkan yaradılır.
