Açıq kateqoriyalı fərdi məlumatların konfidensiallığının təmin edilməsi tələb olunmur. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Açıq məlumatlara subyekt tərəfindən açıq elan edilmiş və ya ümumi istifadə üçün yaradılmış informasiya sisteminə onun razılığı ilə daxil edilmiş məlumatlar aid edilir. Müəyyən olunmuş qaydada adsızlaşdırılmış məlumatlar da açıq fərdi məlumatlar kateqoriyasına daxil edilə bilər. Xüsusi kateqoriyalı məlumatlar isə xüsusiyyətləri və qanunun müvafiq tələbləri nəzərə alınmaqla həm konfidensial, həm də açıq məlumatlar kateqoriyasına aid edilə bilər. Bununla müxtəlif xarakterli fərdi məlumatların hüquqi rejiminin müəyyən edilməsi üçün fərqli qaydalar nəzərdə tutulur.