Fərdi identifikasiya nömrəsi fərdi məlumatların informasiya sistemlərinə daxil edilən şəxsə müəyyən edilmiş qaydada verilən vahid təkrarolunmaz koddur. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Bu nömrə şəxs barəsində müvafiq məlumatları birmənalı müəyyən etməyə imkan verir. Qanunda xüsusi kateqoriyalı fərdi məlumatların da anlayışı müəyyənləşdirilib. Belə məlumatlara şəxsin irqi və ya milli mənsubiyyəti, ailə həyatı, dini etiqadı və əqidəsi, səhhəti və ya məhkumluğu barədə məlumatlar daxildir. Həmin məlumatlar fərdi məlumatların xüsusi kateqoriyası kimi qanunla müəyyən edilmiş çərçivədə nəzərdən keçirilir.