Avtomobil yollarından istifadə ilə bağlı müəyyən edilmiş qadağa və məhdudiyyətlər yol təsərrüfatı üzrə zəruri işlərə şamil edilmir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. İstisna avtomobil yollarının saxlanılması və abadlaşdırılması üçün görülən işlərə aiddir. Avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılması məqsədilə həyata keçirilən tədbirlər də bu əhatəyə daxildir. Belə işləri müvafiq hüquqi və ya fiziki şəxslər həyata keçirə bilərlər. Bununla yol infrastrukturunun qorunması və təhlükəsiz hərəkət şəraitinin yaradılması üçün zəruri fəaliyyətin davam etdirilməsinə imkan verilir.