Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması müvafiq tələblərə cavab verən kurslarda həyata keçirilir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Kurslar lazımi texniki-metodiki tədris vasitələri ilə təmin olunmalı və qanunvericiliklə müəyyən edilmiş qaydada razılıq almalıdır. Bu kursların fəaliyyəti müvafiq əsasnamə ilə nizama salınır. Sürücülərin hazırlanması və ixtisaslarının artırılması ilə məşğul olan bütün təhsil müəssisələri müəyyən edilmiş qaydada uçota alınmalıdır. Uçot müvafiq icra hakimiyyəti orqanı tərəfindən digər müvafiq qurumdan alınmış məlumatlar əsasında aparılır.
