Sürücülərin məcburi tibbi müayinəsinin dövriliyi və keçirilməsi qaydası dövlət səviyyəsində müəyyən edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Nəqliyyat vasitələrini idarə etməyi qeyri-mümkün edən tibbi göstəricilərin siyahısı da müəyyən edilmiş qaydada təsdiqlənir. Həmin siyahı Azərbaycan Respublikası vətəndaşlarının nəqliyyat vasitələrini idarə etməsinə tibbi baxımdan mane olan halları əhatə edir. Yol-nəqliyyat hadisələrində zərər çəkmiş şəxslərə tibbi yardımın təşkili qaydaları da aidiyyəti dövlət orqanı tərəfindən müəyyən edilir. Bu məsələlərin tənzimlənməsi yol hərəkəti təhlükəsizliyinin tibbi təminatını vahid qaydada həyata keçirməyə imkan verir.