Yol hərəkəti təhlükəsizliyinin dövlət uçotu çərçivəsində avtonom nəqliyyat vasitələrinin operatorları barədə də məlumatlar nəzərə alınır. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Dövlət uçotunun əsas göstəricilərinə avtonom nəqliyyat vasitəsinin operatorları da daxil edilib. Bununla yol hərəkəti təhlükəsizliyi sahəsində uçot sistemi yeni nəqliyyat texnologiyalarını da əhatə edir. Dövlət uçotunda yol hərəkəti təhlükəsizliyinin vəziyyətini əks etdirən digər göstəricilər də nəzərə alınır. Bu məlumatların toplanması yol hərəkəti təhlükəsizliyi sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təşkilinə xidmət edir.
