İşəgötürənlər dövlət məşğulluq siyasətinin həyata keçirilməsinə müəyyən edilmiş əsaslarla kömək göstərirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Onlar əmək müqavilələrinin, kollektiv müqavilələrin və sazişlərin şərtlərinə əməl etməlidirlər. İstehsalatın dayandırılması və ya işçilərin sərbəstləşdirilməsi zamanı kollektiv müqavilələrdə nəzərdə tutulan müdafiə tədbirlərinin həyata keçirilməsi də işəgötürənlərin vəzifələrindəndir. İşəgötürənlər həmçinin əlavə təhsil üçün şərait yaratmalı və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin işə düzəldilməsini təmin etməlidirlər.