Müəssisələrdə sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün müəyyən edilən kvotanın miqdarı 5 faizdən çox olmamalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Kvota müvafiq inzibati ərazi vahidində əmək bazarındakı vəziyyət nəzərə alınmaqla müəyyən edilir. Hesablama müəssisələrdə işçilərin orta siyahı sayına əsasən aparılır. Bununla müəssisələr üçün kvotanın müəyyən edilməsində həm əmək bazarının vəziyyəti, həm də işçilərin sayı nəzərə alınır.