Vəkil hüquqi yardımın göstərilməsi ilə əlaqədar ona məlum olan faktları və sənədləri, qanunda nəzərdə tutulan hallar istisna olmaqla, yaymamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Bu məlumatların yayılmaması xüsusilə şəxsi və ailə həyatının müdafiəsi, yetkinlik yaşına çatmayanların mənafeləri, dövlət təhlükəsizliyi və ictimai qaydanın qorunması tələb etdikdə təmin edilir.
Vəkil sirrindən qanunla müəyyən edilmiş hallar istisna olmaqla özünün və ya başqa şəxsin mənafeyi üçün istifadə edə bilməz.
Vəkil həmçinin müdafiə öhdəliyindən imtina etməməli və Kollegiya orqanlarının müəyyən etdiyi qaydalara əməl etməlidir.
Bundan başqa, vəkil qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət hesabına hüquqi yardım göstərməli və illik minimal icbari tədris saatlarını toplamalıdır.