And içmiş vəkillərə Vəkillər Kollegiyasının üzvlüyünü təsdiq edən xidməti vəsiqə verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Xidməti vəsiqənin forması, verilməsi qaydası və etibarlılıq müddəti Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilir.
Vəkil fəaliyyəti dövründə xidməti vəsiqədən istifadə edir.
Vəsiqədəki məlumatlar dəyişdikdə, səhv olduqda, sənəd itirildikdə və ya yararsız hala düşdükdə, həmçinin etibarlılıq müddəti başa çatdıqda yeni vəsiqə verilir.
Vəkilin fəaliyyəti dayandırıldıqda və ya ona xitam verildikdə xidməti vəsiqə Rəyasət Heyətinin aparatına qaytarılır.
