Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkillər barəsində intizam icraatına başlamaq və intizam tənbehi tətbiq etmək səlahiyyətinə malikdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
İntizam tənbehi qanunda müəyyən edilmiş qaydada tətbiq olunur.
Rəyasət Heyəti eyni zamanda vəkillərin həvəsləndirilməsi qaydasını müəyyən edir və onların həvəsləndirilməsini həyata keçirir.
Vəkillərin fəaliyyətində qanunvericiliyin tələblərinin pozulması hallarının qarşısının alınması da onun səlahiyyətlərinə daxildir.
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə pozuntu aşkar edildikdə müvafiq tədbirlər görülür.
