Dövlət hesabına hüquqi yardım göstərən vəkil qanunda nəzərdə tutulan şəxslərə hüquqi yardım göstərməkdən imtina edə bilməz.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Tutulmuş şəxsə vəkil müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumları və fərdi vəkillər arasından növbətçilik siyahısına uyğun olaraq dəvət edilir.
Vəkil və hüquqi yardım alan şəxs arasında qarşılıqlı razılaşmaya əsasən müqavilə bağlanır.
Dövlət hesabına hüquqi yardım göstərən vəkil üzərinə düşən vəzifələri tam yerinə yetirməlidir.
Bu qayda dövlət hesabına hüquqi yardımın fasiləsiz və səmərəli göstərilməsinə xidmət edir.