Xarici dövlətlərdə qeydiyyatdan çıxarılmadan Azərbaycana gətirilən nəqliyyat vasitələrinin müvəqqəti qeydiyyatı üçün müəyyən sənədlər təqdim edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Sənədlər sırasında nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və şəxsiyyəti təsdiq edən sənəd nəzərdə tutulub.
Həmçinin müəyyən edilmiş rüsumların və ya vergilərin ödənilməsi barədə sənəd təqdim edilməlidir.
Gömrük orqanlarının müvəqqəti icazə sənədləri də tələb olunan sənədlər sırasındadır.
Qanunda nəqliyyat vasitəsinin idarə edilməsi hüququnu təsdiq edən sənədin təqdim edilməsinə dair əvvəlki müddəa isə çıxarılıb.