Nəqliyyat vasitəsini dövlət qeydiyyatına aldıran fiziki şəxslər müəyyən şəxsi məlumatlarını qeydiyyatı həyata keçirən orqana təqdim etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Bu məlumatlara qeydiyyat və yaşayış ünvanı, mobil telefon nömrəsi, elektron ünvan və sürücülük vəsiqəsinin nömrəsi daxildir.
Hüquqi şəxslər və dövlət qurumları isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdikləri şəxsin müvafiq məlumatlarını təqdim etməlidirlər.
Məlumatlar dəyişdikdə onlar üç gün ərzində yenilənməlidir.
Bu məlumatlar təqdim edilmədikdə nəqliyyat vasitəsi dövlət qeydiyyatına alına bilməz.