
Nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması üçün internet vasitəsilə elektron formada müraciət etmək imkanı təmin edilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Elektron müraciət zamanı şəxsin növbəsi barədə tarix və vaxt göstərilməklə məlumat verilməlidir. Qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının alınması ilə bağlı müraciətlər də elektron formada həyata keçirilə bilər. Bu imkan qeydiyyat prosedurlarının daha əlçatan və şəffaf təşkilinə xidmət edir. Qanun həmin proses üzrə elektron idarəetmə mexanizmlərinin tətbiqini nəzərdə tutur.
