Yol-nəqliyyat hadisəsində zərər çəkmiş şəxslər dövlət uçotu zamanı yaralılar və həlak olanlar kateqoriyalarına bölünür. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Yaralılar yol-nəqliyyat hadisəsi nəticəsində səhhəti müəyyən müddətə pozulan şəxslər hesab edilir. Həlak olanlara hadisə yerində ölən şəxslər aid edilir. Hadisə nəticəsində sonrakı 7 gün ərzində ölən şəxslər də həlak olanlar sayılır. Bu qayda yol-nəqliyyat hadisələrinin nəticələrinin dövlət uçotunda vahid şəkildə nəzərə alınmasını təmin edir.
