
Azərbaycan Respublikasının tibb müəssisələri yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkən şəxslərə tibbi yardım göstərilməsini təmin etməlidirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Tibb müəssisələri nəqliyyat vasitəsini idarə edən şəxslərin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və güclü təsir göstərən digər maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olub-olmadıqlarını müəyyən edirlər. Onlar həmin şəxslərin uçotunu aparırlar. Tibb müəssisələri nəqliyyat vasitələrini idarə etməyə yararlılıq haqqında arayış da verirlər. Bu tədbirlər həm zərərçəkənlərə tibbi yardımın göstərilməsini, həm də sürücülərin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini təmin edir.
