Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması xüsusi proqramlar üzrə aparılır. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Müvafiq kateqoriyalı və altkateqoriyalı nəqliyyat vasitələrinin sürücüləri üçün proqramlar hazırlanır. Bu proqramlar dövlət təhsil standartları əsasında hazırlanmalıdır. Proqramların hazırlanması və təsdiq edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Beləliklə, sürücülərin peşə hazırlığının vahid tələblər əsasında təşkil olunması təmin edilir.