Fərdi məlumatların toplanılmasına və işlənilməsinə subyektlərin razılığının alınması və geri çağırılması müəyyən hallarda mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Bu proses Elektron Hökumət İnformasiya Sistemi üzərindən təmin edilir. Qanunun xüsusi istisnaları və normativ hüquqi aktlarla müəyyən edilən məcburi məlumat toplama halları bu qaydadan kənardır. Beləliklə, fərdi məlumat subyekti razılığını elektron qaydada verə və geri çağıra bilər.