Subyekt özü barədə toplanılmış və işlənilən fərdi məlumatların mühafizəsini tələb etmək hüququna malikdir. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. O, həmçinin məlumatların əldə edilməsi mənbələri barədə məlumat almaq hüququna malikdir. Subyekt həmin məlumatların qanuniliyinin sübuta yetirilməsini də tələb edə bilər. Bundan başqa, məlumatların olduğu informasiya sistemlərinin uyğunluq sertifikatının və dövlət ekspertizasından keçirilməsi barədə məlumat almaq mümkündür. Qanun subyektə digər normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlardan istifadə etmək imkanı da verir.