
Fərdi məlumatların işlənilməsi bu məlumatlar üzərində aparılan müxtəlif əməliyyatları əhatə edir. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Bu əməliyyatlara fərdi məlumatların yazılması, sistemləşdirilməsi, təzələnməsi və dəyişdirilməsi daxildir. Məlumatların çıxarılması, adsızlaşdırılması və saxlanması da işlənilmə hesab olunur. Həmçinin fərdi məlumatların ötürülməsi və məhv edilməsi bu anlayışa daxildir. Qanunda fərdi məlumatların toplanılması isə subyekt barəsində məlumatların sənədləşdirilmiş qaydada və qanuna uyğun əldə edilməsi kimi müəyyən edilir.
