Fərdi məlumatların mühafizəsinin təmin edilməsi mülkiyyətçilərin və operatorların vəzifəsidir. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi sahəsində fəaliyyət göstərən fiziki şəxslər həmin məlumatları yaymamaq barədə yazılı iltizam verməlidirlər. Bu öhdəlik onların fəaliyyət göstərdiyi müddətdə qüvvədə olur. Həmin şəxslər işdən çıxdıqdan sonra da fərdi məlumatları yaymamaq öhdəliyini daşıyırlar. Bununla fərdi məlumatların qorunması üzrə məsuliyyətin fəaliyyət müddəti ilə məhdudlaşmaması təmin edilir.