Vəkillik fəaliyyəti fiziki və hüquqi şəxslərin, habelə dövlət orqanlarının hüquqlarının təmin edilməsi və müdafiəsi məqsədilə həyata keçirilən müstəqil hüquq fəaliyyətidir. Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, vəkillik fəaliyyəti yalnız vəkil tərəfindən peşəkarcasına həyata keçirilə bilər. Bu fəaliyyət qanuna və digər normativ hüquqi aktlara uyğun şəkildə həyata keçirilməlidir. Vəkillik fəaliyyətinin əsas məqsədlərindən biri hüquqi yardım üçün müraciət edən şəxslərin hüquqlarının təmin edilməsi və müdafiəsidir. Vəkillik fəaliyyəti öz xarakterinə görə müstəqil hüquq fəaliyyəti hesab olunur.