Vəkilin vəkillik fəaliyyətinin həyata keçirilməsi ilə bağlı ona məlum olan hallar barədə dindirilməsi qadağandır. Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb. Peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar vəkillər tərəfindən toplanılan sənədlər və digər sübutlar istintaq və məhkəmə orqanları tərəfindən tələb edilə və götürülə bilməz. Vəkillik icraatlarının, yəni dosyelərin də həmin orqanlar tərəfindən tələb olunmasına və götürülməsinə yol verilmir. Bu təminatlar vəkilin peşə fəaliyyətinin müstəqilliyinin və konfidensiallığının qorunmasına xidmət edir. Vəkilin hüquqi yardım göstərilməsi ilə bağlı əldə etdiyi məlumatların qorunması vəkil fəaliyyətinin əsas təminatlarından biridir.
