Azərbaycan Respublikasında qeyri-dövlət, müstəqil, özünüidarə edən və bütün vəkillərin daxil olduğu vahid Vəkillər Kollegiyası fəaliyyət göstərir. Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb. Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərin vəkillik fəaliyyəti ilə məşğul olmasına yol verilmir. Vəkillər Kollegiyası qeyri-kommersiya hüquqi şəxsdir. Kollegiyanın təşkili və fəaliyyəti qanunla və ona uyğun qəbul edilmiş Nizamnamə ilə müəyyən edilir. Bununla Azərbaycanda vəkillik fəaliyyəti vahid özünüidarəetmə sistemi çərçivəsində təşkil olunur.
