Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkillik fəaliyyətinin statistikasını aparır və bu sahədə təcrübəni ümumiləşdirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Rəyasət Heyəti vəkillik fəaliyyətinin həyata keçirilməsi məsələləri üzrə metodik tövsiyələr hazırlayır.
Həmçinin vəkillər arasında qanunvericilik və məhkəmə təcrübəsi sahəsində məlumatlandırma işinin aparılması təşkil edilir.
Bu fəaliyyət vəkillərin peşəkar fəaliyyətində qanunvericilik və məhkəmə təcrübəsindən düzgün istifadə etməsinə xidmət edir.
Rəyasət Heyəti vəkilin xidməti vəsiqəsinin təsviri və nümunəsini də müəyyən edir.