Vəkilin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edildiyi gündən dayandırma müddəti başa çatanadək onun xidməti vəsiqədən istifadə etmək hüququ yoxdur.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Vəkilin fəaliyyətinə xitam verilməsi barədə qərar qüvvəyə mindiyi gündən etibarən xidməti vəsiqə öz qüvvəsini itirir.
Belə halda vəsiqə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparatına qaytarılmalıdır.
Xidməti vəsiqə vəkilin Kollegiyaya üzvlüyünü təsdiq edən sənəd hesab olunur.
Vəsiqənin hazırlanması isə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparatı tərəfindən həyata keçirilir.
