Vəkil Vəkillər Kollegiyasının üzvü olduğu dövrdə üzvlük haqqını hər ay ödəməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Vəkillər Kollegiyasının üzvləri həmçinin Kollegiya orqanlarının qəbul etdiyi qərarları icra etməli və müəyyən etdiyi qaydalara əməl etməlidirlər.
Vəkillərdən il ərzində minimal icbari tədris saatlarını toplamaq da tələb olunur.
Onlar dövlət hesabına hüquqi yardım göstərilməsi ilə bağlı qanunvericilikdən irəli gələn öhdəlikləri yerinə yetirməlidirlər.
Bundan başqa, vəkillər cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə və hədəfli maliyyə sanksiyalarına dair qanunvericiliyin tələblərinə əməl etməlidirlər.