Kvota üzrə müəyyən edilmiş iş yerlərinə göndəriş verilmiş şəxsləri işə qəbul etməyən işəgötürənlər məsuliyyət daşıyırlar. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Söhbət sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərdən gedir. Belə şəxslərin işə qəbulu üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən göndəriş verilməlidir. Qanunvericiliyin bu tələbinə əməl etməyən işəgötürənlər barəsində qanunla müəyyən edilmiş qaydada məsuliyyət tədbirləri görülür.