İşçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürənlər bu barədə müvafiq dövlət orqanına əvvəlcədən rəsmi məlumat verməlidirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Məlumatda işdən çıxarılacaq işçilərin peşəsi, ixtisası və əməkhaqqının məbləği göstərilməlidir. Məlumat Əmək Məcəlləsində müəyyən edilən xəbərdarlıq müddətindən az olmayan müddətdə təqdim olunmalıdır. Müvafiq hallarda bu məlumat kağız daşıyıcıda, digər hallarda isə elektron informasiya sistemi vasitəsilə təqdim edilir.

