İşsiz və müəyyən kateqoriyadan olan işaxtaran şəxslərin müvəqqəti məşğulluğunun təmin edilməsi üçün onların ödənişli ictimai işlərə cəlb olunması təşkil edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Ödənişli ictimai işlər müəssisələrdə müqavilələr əsasında təşkil olunur. İşaxtaran şəxslərin cəlb edilməsi il ərzində həmin ərazi üzrə ictimai işlərə cəlb olunan işsiz şəxslərin sayının 20 faizindən çox olmamaq şərtilə həyata keçirilir. Bu tədbirlər müvəqqəti məşğulluğun təmin edilməsinə xidmət edir.
