Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın başqa şəxsə verilməsi mümkün olmadıqda həmin əmlak satıla bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Əmlakın satışı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir. Satış açıq hərracların keçirilməsi vasitəsilə təşkil olunur. Hərracın keçirilməsi və əmlakın satışı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Bu qayda geri alınmış əmlakın yenidən iqtisadi dövriyyəyə cəlb olunmasına imkan yaradır.
