“Arsenal” İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində 4-cü liqa təmsilçisi “Flitvud Siti” ilə qarşılaşıb.

Heftelik.az Qafqazinfo-ya istinadən  xəbər verir ki, London təmsilçisi bu görüşdə sensasiyalı şəkildə məğlub olub.

Əsas hissəsi 1:1 hesabı ilə başa çatan matç penaltilərə gedib. Burada isə 4-cü liqa təmsilçisi 5:3 hesablı qələbəyə sevinib.