Ötən gün Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində keçirilən “Səbail” – “Zirə” matçında hakimlər biabırçı qərarla yadda qalıb.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi Səbuhi Bayramov meydan sahiblərinin futbolçusu Samuel Nonqoha ikinci sarı vərəqə göstərsə də, qırmızı vərəq verməyi unudub.

Matçın 4-cü hakimi isə baş hakimi yanına çağıraraq ona xəbərdarlıq edib. Nəticədə Nonqoh qırmızı vərəqə alaraq meydandan qovulub.