
Fərdi məlumatların mülkiyyətçisi informasiya sistemi və ya ehtiyatı üzərində tam sahiblik, istifadə və sərəncamvermə hüququnu həyata keçirən şəxs və ya qurumdur. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Mülkiyyətçi fərdi məlumatların işlənilməsi məqsədini də müəyyən edir. Bu status dövlət və ya yerli özünüidarə orqanına, hüquqi və ya fiziki şəxsə aid ola bilər. Fərdi məlumatların operatoru isə həmin məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini həyata keçirən mülkiyyətçi və ya onun bu funksiyaları həvalə etdiyi şəxsdir. İstifadəçi isə mülkiyyətçi tərəfindən müəyyən edilmiş qaydada və həcmdə yalnız özü üçün zəruri informasiyanı əldə etmək məqsədilə fərdi məlumatlardan istifadə hüququ verilmiş şəxs və ya qurumdur.
